Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar    

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib...

“Report” xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı İraq səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, indi bölgədə yeni nizam qurulur: “Əsassız fikirləri bir kənara qoymağın vaxtıdır. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. Paşinyan da artıq bunu başa düşür”.

Türkiyə lideri əlavə edib ki, tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar: “Biz əvvəldən qondarma erməni soyqırımı məsələsi ilə bağlı çox açıq danışdıq. Arxivlərimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır”.

R.T.Ərdoğan vurğulayıb ki, bu prosesdə təkcə diaspora deyil, bir çox dairələr də Ermənistana təsir etməyə çalışırlar: “Biz bunları görür və vaxtaşırı xəbərdarlıqlar edirik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar”.

Poliqon.info


Etiket: Ərdoğan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ən çox oxunanalar